İran Beynəlxalq Valyuta Fonduna 1,1 milyard dollar ödədi, səbəbi...

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref İslam Respublikasının Beynəlxalq Valyuta Fonduna 1,1 milyard dollar (46,756 trilyon İran rialı) borcunun ödənilməsi haqqında fərman imzalayıb.

Musavat.com xəbər verir ki, bu barədə İran hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu qərar milli valyutanın məzənnəsini sabitləşdirmək məqsədilə qəbul edilib. Belə ki, 2015-ci ildə İranın nüvə sazişinin bağlanmasından və Tehrana qarşı Qərbin əksər sanksiyalarının götürülməsindən sonra, Dünya Bankının məlumatına görə, İranda inflyasiya 2013-cü ildəki 36,6 faizdən 2016-cı ildə 7,2 faizə düşüb .

Lakin 2018-ci ildə ABŞ-ın sazişdən birtərəfli qaydada çıxmasından və Qərb məhdudiyyətlərinin bərpasından sonra İranda inflyasiya kəskin şəkildə artaraq 2023-cü ilin sonuna kimi 44,6 faizə çatıb. İranın yeni prezidenti Məsud Pezeşkian ev təsərrüfatlarının gəlirlərinin artırılmasını və rialın möhkəmlənməsini siyasətinin əsas prioritetləri adlandırıb.

Musavat.com

15.08.2024 20:15
808