“İran hər zaman regionda sülh və təhlükəsizliyin tərəfdarı olub”.
Musavat.com xəbər verir ki, bu barədə İrəvanda İran xarici işlər nazirinin müavini Məhəmməd Həsən Şeyxolislami bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması kontekstində Tehran Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinə yönəlmiş danışıqları alqışlayır.
“Biz qonşularımıza mübahisələri mümkün qədər tez həll etməyə kömək etməyə hazırıq. Biz güclü və vahid regionun yaradılmasını dəstəkləyirik”, - iranlı diplomat deyib.
Şahanə Rəhimli
Musavat.com