İran uranı 60 % və ya daha çox zənginləşdirir.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi CNN-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu addım üç Avropa ölkəsi tərəfindən öhdəliklərin pozulmasına cavab olaraq atılıb.
Rəisi qeyd edib ki, Tehran bu hərəkətlərin nüvə silahı əldə etmək məqsədi daşımadığını, avropalıların öz öhdəliklərinə “sədaqətsizliyinə” cavab olduğunu bəyan edib:
“Əgər onlar öhdəliklərinə qayıtsalar, əmin olun ki, İslam Respublikası keçmişdə olduğu kimi, öz öhdəliklərinə sadiq qalacaq”.
Musavat.com