ABŞ-la məhbus mübadiləsi barədə razılaşmadan sonra İranın bir sıra hesabları üzərindən həbs götürülüb.
Musavat.com xəbər verir ki, bu barədə İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin "X" şəbəkəsində yazıb.
İran rəsmisi bildirib ki, uğurlu diplomatiya nəticəsində ölkənin Cənubi Koreya banklarında dondurulmuş hesabları açılıb. Həmin hesablara İranın neft satışından əldə olunan pullar toplanırdı.
İranın həbs götürülən hesablarında 7 milyard dollar vəsait var idi. Lakin Koreya vonunun məzənnəsi düşdüyünə görə indi vəsaitlər 6 milyard dollara bərabərdir.
M.R.Fərzinin yazdığına görə, 6 milyard dollar artıq 6 İran bankının Qətərdəki hesablarına yatırılıb. Onlar avroya mübadilə olunduqdan sonra İran həmin vəsaitləri sanksiya siyahısında olmayan mal və məhsulların alınması üçün istifadə edəcək.
Musavat.com