İradə Süleymanova bu vəzifəyə TƏYİN OLUNDU

Qarabağ Universitetində yeni təyinat olub.

Musavat.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı ali təhsil müəssisəsinin rektoru Şahin Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İradə Əli qızı Süleymanova Qarabağ Universitetinin Tələbələrlə İş Mərkəzinə direktor təyin edilib.

Qeyd edək ki, İ.Süleymanova bundan əvvəl BDU-nun Sabah Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

18.09.2024 10:44
2296