İqtidarla müxalifətin QIZĞIN debatı: cərimələr, həbslər, maaş-pensiya, uşaqpulu dartışması - CANLI-da

Son günlər cəmiyyətdə ən çox müzakirə olunan məsələ artan cərimələr fonunda insanların sosial problemləridir. Bunları həll etməyin yolu nədir? ABŞ Konqresində də Azərbaycan əleyhinə qətnamə çıxarılması üçün ölkədəki bir çox problemlər qabardılır. Bunların sırasında siyasi məhbuslar, siyasi azadlıqlar məsələsi dayanır. Milli Məclisdə son olara qəbul olunan qərarlarda bəzi məişət məsələləri ilə bağlı cərimələrin artırılması ön plana çıxıb. Bunun qarşısı necə alına bilər? Artımlar niyə məvacib, sosial ödəniş və təqaüd sahəsində yox, cərimələr sahəsində özünü göstərir?

Bu və gündəmdəki bir çox mövzularla bağlı bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində iqtidar-müxalifət debatı gerçəkləşdirəcəyik. Qonaqlarımız YAP-çı deputat Elman Nəsirov və AXP sədri Pənah Hüseyn olacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

15.10.2024 11:17
2036