İqlim dəyişikliyi Afrikanı belə məhv edir - HESABAT

Afrika ölkələri fövqəladə təbii hadisələrin, o cümlədən quraqlıq, daşqın və siklonların təsirləri səbəbindən hər il ÜDM-in 2 faizindən 5 faizinə qədərini itirirlər.

Musavat.com xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (WMO) məlumat yayıb.

Təşkilatın hesabatında qeyd edilir ki, ötən il Afrika üçün son 124 ildə ən isti üç ildən biri olub: “Son bir il ərzində Afrikanın 48 ölkəsində daşqınlar, 40-da quraqlıq, 26 ölkəsində güclü siklonlar, 18-də böyük yanğınlar, daha 30 ölkədə dəniz səviyyəsinin qalxmasının mənfi nəticələri qeydə alınıb”.
WMO ekspertlərinin hesablamalarına görə, Afrika qitəsində istiləşmə dünyanın digər hissələri ilə müqayisədə ən yüksək sürətlə baş verib - son 10 ildə Selsi üzrə 0,3 dərəcə. Təşkilat qeyd edir ki, Yerin iqliminin istiləşməsi Afrika dövlətlərindən lazımi qoruyucu tədbirlərin görülməsi üçün əlavə vəsait tələb edir: "Səhraaltı Afrikanın iqlim dəyişikliyinə uyğunlaşması üçün hər il 30 milyard dollardan 50 milyard dollara qədər vəsaitə ehtiyac var".

 

Musavat.com

03.09.2024 00:32
575