“iPhone” istifadəçilərinə XƏBƏRDARLIQ

“Apple” şirkəti, “iPhone” istifadəçilərinə mümkün haker təhlükəsi barədə xəbərdarlıq edib.

92 ölkədən olan istifadəçilər müvafiq xəbərdarlıq alıblar.

Şirkət bəzi təcavüzkarların "iPhone-u uzaqdan pozmağa" çalışdığı qənaətinə gəlib.

Qeyd olunur ki, hadisə ilə bağlı mesajlar zərərli proqramların hücumuna məruz qala biləcək həmin cihazların sahibləri tərəfindən alınıb.

“Apple” bundan əvvəl də öz smartfonlarının istifadəçilərinə oxşar problemlər barədə xəbərdarlıq edib./Lent.az 

12.04.2024 23:33
1557