"iPhone 15"də bu problem aşkarlandı - Rəsmi açıqlama

"Apple"ın yeni "iPhone 15" modelləri bu yaxınlarda qlobal satışa çıxıb.

Bəzi istifadəçilər telefonun temperaturunun 38 dərəcəni keçdiyini bildirib.

Artan şikayətlərdən sonra texnologiya nəhəngi açıqlama edib: “Cihaz quraşdırılma və ya bərpadan sonra ilk bir neçə gün ərzində fonda aktivliyin artması səbəbindən həddindən artıq qıza bilər”.

Digər tərəfdən, "Apple"ın proqram yeniləməsi ilə bu problemi aradan qaldıracağı qeyd edilib.//Olay.az

02.10.2023 14:26
1549