İordaniya XİN Livanın cənubunda vəziyyətin gərginləşməsi ilə bağlı xəbərdarlıq edib

İordaniya Haşimilər Krallığının Xarici İşlər və Mühacirlərin Məsələləri üzrə Nazirliyi Livanın cənubunda vəziyyətin gərginləşməsinin regional müharibəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

“Report” xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Süfyan əl-Kudanın bəyanatında deyilir.

Qeyd olunub ki, Livanın cənubunda davam edən eskalasiya bütün regionu münaqişəyə sürükləyə və xüsusilə İsrailin təhlükəsizliyini və sabitliyini təhdid edə bilər.

Diplomat vurğulayıb ki, Qəzza zolağında atəşkəs və girovların mübadiləsi ilə bağlı razılığın əldə olunmaması münaqişənin genişlənməsi ehtimalını artırır, regionun bütün ölkələrini də risk altına qoyur.

O, Livanda təhlükəsizlik və sabitliyin dəstəklənməsinin vacibliyinə və daha da gərginliyin qarşısını almaq üçün 2006-cı ildə Livanın cənubunda münaqişəyə son qoyan BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə hörmət edilməsinin vacibliyinə işarə edib.

26.08.2024 01:49
269