İntihara cəhd edən qadını uşaqları xilas etdi - ANBAAN VİDEO

Türkiyədə naməlum qadın 3 uşağının gözü qarşısında eyvandan tullanmaq istəyib.

Musavat.com xəbər verir ki, anasının ayağını qucaqlayaraq ona mane olmağa çalışan uşaqlar “ana bəsdir” deyə qışqırıblar.

Sözügedən hadisə Türkiyənin Adana şəhərində baş verib. Hadisə yaxınlıqda olan bir şəxs tərəfindən mobil telefon kamerası ilə lentə alınıb. Bir müddər sonra qadını evdəki başqa bir şəxs razı salaraq intihar etmək fikrindən daşınırıb. 

Musavat.com

01.10.2022 15:04
1078