İntihar üçün minarəyə çıxdı, döyülərək aşağı endirildi - VİDEO

Misirdə baş verən hadisə dünya mediasında böyük marağa səbəb olub.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, minarəyə dırmaşaraq intihara cəhd edən gənc döyülərək aşağı endirilib.

27 yaşlı Məhəmməd İbrahim yaşadığı psixoloji xəstəliyə görə məscidin minarəsinə çıxaraq intihara cəhd edib.

Hadisə yerinə gələn xilasetmə qrupunun üzvləri gənci bu fikrindən daşındırmağa çalışdığı sırada, minarəyə çıxan daha 2 nəfər İbrahimi döyərək aşağı endirməyə nail olublar.




Musavat.com

21.06.2023 14:54
1005