İtkin düşən 24 yaşlı gənc polis əməkdaşları tərəfindən tapılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, dünən səhər saatlarında itkin düşən Şirvan şəhər sakini, 2010-cu il təvəllüdlü Nərgiz Ziyadi bu gün saat 04 radələrində polis əməkdaşları tərəfindən Bakı şəhəri ərazisində tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, N.Ziyadi özünü öldürəcəyi ilə bağlı məktub yazıb evdən getmişdi.