Millət vəkili Etibar Əliyev özünün feysbuk səhifəsində intiharla bağlı maraqlı status paylaşıb.
Musavat.com mövzunun aktuallığını və əhəmiyyətini nəzərə alaraq, həmin statusu oxucularının diqqətinə çatdırır:
“2016-cı ilin oktyabr ayının 10-da Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi Abbasov Hüseyn Maarif oğlu intihar etmişdi. H.Abbasov qəbul imtahanlarından 670 bal toplayıb bu ali məktəbə daxil olmuşdu.
2022-ci ilin oktyabr ayının 7-də UNEC-in 4-cü kurs tələbəsi Şəhriyar Səmədov Bakının Nizami rayonu Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asıb. Şəhriyar 684,8 bal toplayaraq UNEC-ə qəbul olunmuşdu.
Aprelin 24-də respublikanın keçmiş baş pediatoru, professor Nəsib Quliyev, aprelin 27-də isə Ali Məhkəmənin hakimi İlqar Dadaşov intihar edib.
İNTİHAR fenomeni çox çətin öyrənilən fenomendir.
“Sosiologiya” elminin yaradıcılarından biri “Özünəqəsd” kitabının müəllifi Emil Dürkqeym intiharın aşağıdakı növlərini öyrənib.
Özünəqəsd və psixopatik vəziyyət
Özünəqəsd və normal psixi vəziyyət. İrsi faktor
Özünəqəsd və kosmik faktorlar
Yamsılamaq
Eqoistik özünəqəsd
Altruist özünəqəsd
Anomik özünəqəsd
Özünəqəsdin individual fərqli formaları
Özünəqəsddə sosial elementlər
P.S. Bizdə bəzi “psixoloqlar” intiharı maddi çətinliklərlə bağlayırlar. İntihar fenomeni öyrənilməmiş fenomendir”.
Etibar Əliyev,
millət vəkili