"İnterpol" tərəfindən axtarışa verilən azərbaycanlı Norveçin paytaxtı Osloda saxlanılıb.
Musavat.com “Report”-a istinadən xəbər verir ki, Norveç polisi sərhəddə Azər Kazım adlı azərbaycanlının sənədlərinə baxış keçirib.
O, İsveçdən Norveçə gəlirmiş.
Sənəd yoxlaması zamanı məlum olub ki, A.Kazımın adı Azərbaycanın hüquq-mühafizə orqanlarının təqdimatı əsasında "İnterpol"da axtarılanlar siyahısındadır.
Oslo polisinə təhvil verilən azərbaycanlının məhkəməyə çıxarılacağı gözlənilir.