Müğənni Bahar Lətifqızı anası üçün ad günü keçirib.
Axşam.az xəbər verir ki, həmin görüntülər "Günə son" proqramında yayımlanıb. 5 yaşından internat məktəbində böyüyən ifaçı anasından danışıb kövrəlib:
"Anam epilepsiya xəstəsi idi. Atamla ayrıldılar. Məni isə atama vermədilər, olmazdı. Mən qardaşımla birlikdə internat məktəbində böyüməli idik. Anam da yanımıza gəlirdi. O yaşda uşağın ən böyük arzusu nə olur? Anası yanında olsun, səhər geyindirib, məktəbə yola salsın.
"Ananı bağışlayarsan" sözü mənə çatmır. O ananı bağışlamaq olmur ki, sağlamdır, uşağı ataya və ya zibilliyə atır. Anam ən azından 5 yaşıma qədər məni dizlərində yatızdırıb".