İnstaqramda YENİLİK

İnstaqram hekayələr bölümündəki videoların müddətini 15 saniyədən 60 saniyəyədək artırıb.

Musavat.com technomart-a xəbər verir ki, yeni funksiyanın sınaqlarına ötən ilin sonunda başlanılıb.

Artırılmış hekayələr artıq sosial şəbəkənin bütün istifadəçiləri üçün əlçatan olub.

Tərtibatçıların fikrincə, 60 saniyəlik videolar həm blogerlərin, həm də istifadəçilərin marağına səbəb olacaq. 

Toğrul İSMAYIL,
Musavat.com

25.09.2022 18:39
1179