İnstaqramda daha bir yenilik - Əgər kimisə izləməyə başlayırsınızsa...

İnstaqram platforması növbəti funksiyasını işə salmağa hazırlaşır.

Musavat.com axşam.az-a istinadən bildirir ki, artıq istifadəçilər platforma üzərindən birini izləmək istəyərkən bunun səbəbinin təqdim etmək məcburiyyətində olacaqlar.

Bu funksiya istifadəçilərə bir-birilərini niyə izlədiklərinin səbəbini başa düşməyə və daha yaxından tanımağa imkan verəcək. Dəyişikliklər sosial media platformasında təhlükəsizliyi təmin etmək məqsədi daşıyır.

22.01.2024 13:41
1490