Instagram minlərlə istifadəçinin hesablarının qəfil dondurulmasının səbəbini araşdırır.
Musavat.com Sky News-a istinadən xəbər verir ki, istifadəçilər "31 oktyabr 2022-ci il tarixində hesabınızı dondurduq" mesajı alıblar.
SƏBƏB ARAŞDIRILIR
Çoxsaylı şikayətlərdən sonra Instagram rəsmi açıqlama yayıb: "Biz bilirik ki, bəziləriniz Instagram hesabına daxil olmaqda problem yaşayır. Biz bunu araşdırırıq və narahatlığa görə üzr istəyirik".
Down Detector vebsaytının məlumatına görə, on minlərlə insan bu problemlərlə üzləşib, milyonlarla insan təsirə məruz qalıb, platformanın ən böyük hesablarından bəzilərinin izləyicilərinin sayı azalıb.
AZƏRBAYCANLI MÜTƏXƏSSİSDƏN AÇIQLAMA
Azərbaycanlı İT mütəxəssisi Cəfər Nəcəfovun sözlərinə görə, "İnstagram" aktiv olmayan hesabları bot kimi gördüyü üçün silir.
C.Nəcəfov bildirib ki, "İnstagram"da istifadəçiyə məxsus aktiv telefon nömrəsi, email ünvanı və profil şəkli olmalıdır. Əks halda dondurulmuş hesabı bərpa etmək mümkün olmayacaq.
Musavat.com