"Instagram"dan çoxdan gözlənilən YENİLİK

"Instagram" istifadəçilərini sevindirəcək yeni funksiya əlavə edilib.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, əvvəllər yalnız hekayə paylaşımı üçün istifadə edilən "yaxın dostlar" funksiyası post paylaşımı üçün də əlavə olunub.

Yeni əlavə edilən funksiyaya görə, istifadəçilər artıq öz postlarını yalnız yaxın dostları ilə bölüşə biləcəklər.

"Instagram"ın yeni funksiyası istifadəçilər tərəfindən maraqla qarşılanıb.

25.07.2023 22:00
691