Meta şirkəti ABŞ və Avropa təzyiqlərlə üz-üzə qalıb. Bunun səbəbi tətbiqlərin yeniyetmələr üçün təhlükə yaratması barədə iddialardır.
Musavat.com Reuters agentliyinə istinadən xəbər verir ki, şirkətin yeni qərarı ilə Instagram yeniyetmələri qorumaq və potensial fırıldaqçıların onlara çatmasının qarşısını almaq üçün çılpaqlıq ehtiva edən mesajları tutqunlaşdıran xüsusiyyətləri sınaqdan keçirəcək. Bildirilir ki, texnologiya nəhəngi ABŞ və Avropada tətbiqlərin asılılıq yaratdığı və gənclər arasında psixi sağlamlıq problemlərinin artırması ilə bağlı iddialara görə artan təzyiq altındadır. Buna görə də Meta Instagram-ın birbaşa mesajları üçün göndərilən təsvirin çılpaqlıq olub- olmadığını təhlil etmək üçün cihazda xüsusi funksiyadan istifadə edəcək.
Bu 18 yaşdan kiçik istifadəçilər üçün defolt olaraq aktiv ediləcək və Meta onları aktivləşdirməyə təşviq etmək üçün böyükləri xəbərdar edəcək.
Meta-nın Messenger və WhatsApp proqramlarından fərqli olaraq, Instagram-da birbaşa mesajlar şifrələnmir, lakin şirkət xidmət üçün şifrələməni yaymağı planlaşdırdığını bildirib.
Nigar HƏSƏNLİ,
Musavat.com