“Instagram”ın yeni funksiyası ilə hesablar 3 nəfərə qədər şəxs tərəfindən istifadə edilə biləcək.
ABŞ-ın texnologiya nəhəngi olan Meta şirkəti “Instagram”da istifadəçilərə yeni funksiyalar təqdim etməyə davam edir.
Sonuncu, “Paylaşılan Giriş” adlı yeni funksiyanın ər-arvad arasında dava-dalaşa səbəb olmaq riski olduqca çoxdur. Bu funksiya ilə istifadəçilər üç nəfərə qədər şəxsə öz hesablarına giriş icazəsi verə biləcəklər. Bu şəkildə parolları paylaşmağa ehtiyac qalmayacaq.
Səlahiyyət verilmiş şəxslər hesabdakı yazıları redaktə edə, mesajlara cavab verə və hətta hekayələr paylaşa biləcəklər.
Digər tərəfdən, hesabın paylaşıldığı insanlar hesabı deaktiv edə və ya istifadəçi adı və parol kimi həssas məlumatlara dəyişiklik edə bilməyəcəklər.
Tətbiq daxilində hesablara giriş icazəsi olan şəxsləri görmək olar və hesabın ilk sahibləri istədikləri zaman digər istifadəçilərin icazəsini ləğv edə biləcəklər.
Bundan əlavə, hesab sahibləri digər istifadəçilərin fəaliyyətini də görə biləcəklər. Yeni funksiya hazırda sınaq mərhələsindədir və onun nə vaxt istifadəyə veriləcəyi dəqiq bilinmir. (lent.az)