“Instagram” çökdü

“Instagram” sosial şəbəkəsinin işində irimiqyaslı problemlər baş verib.

Bunu internet resurslarının işində problemlərə nəzarət edən “Downdetector” xidmətində istifadəçilərin şikayətləri sübut edir.

Şikayətlərin əksəriyyəti (65 faiz) proqramın işləməməsi ilə bağlıdır.

Şəbəkə məsələ ilə bağlı şərh verməyib.

31.10.2022 19:01
1306