İnsanların kənardan müdaxilə olmadan öz-özünə yanıb, külə dönməsi hadisələri artıq bir neçə əsrdir ki, mövcuddur. Elm adamları hələ də insanın öz-özünə yanması hadisəsini çözə bilməsə də, 200-ə yaxın belə hadisə var.
Elmi bir anlayış olaraq "insanın öz-özünə yanması" haqqında ilk söz 18-ci əsrə aiddir. London Kral Cəmiyyətinin (dünyanın ən qədim elmi akademiyası) üzvü Paul Rollie bu termini 1744 -cü ildə "Fəlsəfi Əsərlər" adlı məqaləsində qeyd edib və bildirib ki "bu, daxili kimyəvi fəaliyyət nəticəsində yaranan artıq istilik səbəbindən insan bədəninin alovlanması prosesidir və burada heç bir xarici alov mənbəyi yoxdur".
Məlumata görə ilk dəfə insanın öz-özünə yanma hadisəsi 1400 -cü illərin sonlarında Milanda qeydə alınıb. Daha sonra Polonius Vorstius adlı bir cəngavərin valideynlərinin gözü qarşısında od tutub, yanması hadisəsi baş verib. İddialara görə Vorstius hadisədən əvvəl bir neçə stəkan inanılmaz dərəcədə sərt şərab içib.
1745 -ci ilin yayında isə Cesena qrafinyası Cornelia Zangari de Bundi öz-özünə yanaraq, kül olmuşdu. Deyilənə görə Bundi erkən yatıb, ertəsi səhər xidmətçi yatağında onun külünü tapıb. Qrafinyanın bədənindən yalnız başı və ayaqları qalıb. .
Bundan sonra isə bir neçə il ərzində Pakistandan tutmuş Florida əyalətinə qədər dünyanın ən müxtəlif yerlərində insanların öz-özünə yanması hadisələri baş verib. Mütəxəssislər qurbanların ölümünün səbəbini açıqlaya bilməyiblər. Üstəlik, bu hadisələrin iki ümumi xüsusiyyətləri vardı - yanğın yalnız insan bədəninə və yaxınlıqdakı əşyalara ziyan vururdu, ikincisi, əsasən qurbanın gövdəsi külə dönürdü, əl və ya ayaq hissələri sağlam qalırdı.
Məsələn, 1951-ci il iyulun 2-də Amerikanın Florida şəhərində 67 yaşlı Meri Reaser mənzilində külə dönmüş şəkildə tapıldı. Yaşlı qadından yalnız kül yığın, qəhvə stəkanı boyda kəllə sümüyü və tamamilə sağlam sol ayağı qalmışdı. Qadın külə dönsə də, mənzilindəki əşyalarına zərər dəyməmişdi.
Daha bur dəhşətli hadisə 1990 -cı ildə Londonda hər kəsin gözü önündə baş verib. Bailey adlı şəxs qəfildən alovlanıb yanmağa başlayıb. Yoldan keçənlər yanğınsöndürən çağırsalar da, Baileyi söndürmək cəhdi alınmayıb. Vaxtında hadisə yerinə çatan yanğınsöndürənlər qorxunc bir mənzərə ilə qarşılaşıblar, Bailey bir ovuc külə dönüb, amma onun ayaqqabısı zərər görməyib.
Buna bənzər hadisə 28 Mart 1970-ci ildə, İrlandiyada baş verib. Prussiya küçəsində evdə tək yaşayan 89 yaşlı dul qadın Margaret Hogan tamamilə yanıb, kül olmuş şəkildə tapılıb. Gövdəsi tamam kül olsa da qadının iki ayağı tam sağlam şəkildə qalıb. ,
1982 -ci il sentyabrın 15-də isə Jeannie Saffin kresloda oturarkən külə dönüb. Hadisə atasının gözü önündə baş verib. Atasının dediyinə görə bur anda oğlunun gözlərindən və əllərindən alov qalxdığını görüb. Bu zaman oğlu nəinki ağlayıb, heç tərpənməyib də. Maraqlısı budur ki, Saffinin əyləşdiyi kreslo alovdan zərər görməyib.
Araşdırmalara görə öz-özünə yanma zamanı bədənin yanma temperaturu krematoriyada istifadə ediləndən çox yüksəkdir. İnsan sümüklərinin kül halına gəlməsi üçün 1700 ° C -dən yuxarı bir temperatur tələb olunur, krematoriyalar təxminən 1100 ° C temperaturdan istifadə edir və cəsədin tam yanması üçün sümükləri əzmək lazımdır. Bir insanın bədəninə benzin tökülsə və yandırılsa belə tamamilə yandırıla bilməz: yanacaq maye yanacaq bitdikdən dərhal sonra dayanacaq, çünki insan bədənində alovu söndürəcək çox miqdarda su var. Məlumdur ki, Adolf Hitler intihar etdikdən sonra bədəninə benzin töküb yandırmağı əmr etmişdir. Diktatorun cəsədinə 20 litr benzin tökülməsinə baxmayaraq Qırmızı Ordu əsgərləri Hitlerin cəsədini praktiki olaraq sağlam şəkildə tapıblar.
Digər iddialara görə yanan insanlar alkoqolizmdən əziyyət çəkiblər və hər hansı bir qığılcım daxildən yanğına gətirib çıxarır. Amma bu iddianın da əsassız olduğu sübut olunub, üstəlik qurbanların əksəriyyəti alkoqol qəbul etməyib.
Digər qism isə iddia edir ki, qurbanlar təsadüfən atılan siqaretlə özünü yandırıblar. Amma qurban olduğu iddia edilənlərin çoxu siqaret çəkməyənlər idi. İstəmədən atılan siqaret yanğına səbəb ola bilər, ancaq insan bədənini yandıra bilməz: siqaretin yanan ucunu dəriyə basılsa, yalnız kiçik bir yanıq meydana gələcək və siqaret özü sönəcək.
Xalidə Gəray
Musavat.com