Kriptovalyuta birjası istifadəçilərinin yarıya yaxını - 45 faizi kriptovalyutaları əlavə gəlir əldə etmək üçün seçir.
Musavat.com xəbər verir ki, bu nəticə “Binance” kriptovalyuta şirkətinin 1000-dən çox respondent arasında apardığı sorğudan əldə olunub. Sorğunun nəticələrinə görə, yüksək komissiyalar (19 faiz repsondent) və ləng tranzaksiya müddəti (14 faiz respondent) ənənəvi maliyyə sistemlərindən istifadə sahəsində rast gəlinən əsas problemlərdir. Məhz buna görə də onlar daha sürətli və daha ucuz tranzaksiyalar üçün rəqəmsal aktivlərə üstünlük verirlər.
Sorğuda iştirak edən respondentlərin üçdə birindən çoxu (36 faiz) qeyd edib ki, maliyyə təhlükəsizliyinə və müstəqilliyinə nail olmaq kriptovalyutadan qənaət üçün istifadə etmək məqsədi onların əsas motivasiyası olub.
Bundan əlavə, respondentlərin böyük əksəriyyəti (76 faizi) kriptovalyutanın dünyada maliyyə bərabərsizliyinin azaldılmasında rol oynaya biləcəyini qeyd edib. O, ənənəvi maliyyə təsisatlarından asılılığı azaldır (19 faiz respondent), şəffaf və təhlükəsizdir (18 faiz respondent), aztəminatlı və bank hesabı olmayan istifadəçilərin (17 faiz respondent) maliyyəyə çıxışını təmin edir, vasitəçilər olmadan transsərhəd əməliyyatlarının aparılmasına imkan verir (16 faiz respondent) və onların aktivləri və investisiyaları üzərində daha çox nəzarəti təmin edir (16 faiz respondent).
Daha çox əlavə gəlir əldə etmək məqsədilə kriptovalyutadan istifadə edən respondentlərin 23%-i niyyətlərinin əsas gəlirlərini artırmaq olduğunu, daha 23 faizi ev üçün qənaət etdiyini, 21 faizi isə digər rəqəmsal aktivlərə yatırmaq üçün istifadə etdiyini bildirib.
Respondentlərin üçdə birindən çoxu (36 faiz) həftəlik alış-verişlər üçün kriptovalyutadan istifadə edir; onların yarısından çoxu (58 faiz) kriptovalyutadan malların, xidmətlərin və rəqəmsal məhsulların alınması da daxil olmaqla, onlayn alış-veriş üçün; 12 faizi beynəlxalq tranzaksiyalar və pul köçürmələri üçün; daha 12 faizi isə dükanlarda alış-veriş üçün istifadə edir.
Onların əksəriyyəti kriptovalyutada yeni istifadəçi deyil: respondentlərin 59 faizi artıq 1-5 il, 14 faizi 5 ildən artıqdır ki, kriptovalyutadan istifadə edir, 12 faizi isə kriptovalyuta sahəsində yenidir (6 aydan az müddətə istifadə ediblər).
İstifadəçilərin 36 faizi kriptovalyutadan əmanət üçün istifadə edir, çünki bu, maliyyə təhlükəsizliyini və müstəqilliyini təmin edir. 16 faiz respondent əmanətlərindən daha yüksək faiz qazanmaq, 14 faiz respondent isə pensiya yığmaq məqsədilə istifadə edir.
Respondentlər kriptovalyutanın onların həyatlarına müsbət təsir göstərdiyini deyiblər: istifadəçilərin 20 faizi onun investisiya portfelinin dəyərini artırdığını, 18 faizi ticarətlə və ya mərc oyunlarına pul qoymaqla onlara əlavə gəlir əldə etmək imkanları yaratdığını, 15 faizi daha çox maliyyə xidmətlərinə çıxış əldə etdiyini, 14 faizi maliyyə nəzarətini gücləndirdiyini, 12 faizi isə daha sürətli və daha ucuz transsərhəd transaksiyalarından faydalandığını bildirib.