İnsanlar niyə səlis danışa bilmirlər? - VİDEO

Ötən əsrin son onilliklərinə aid videokadrlara baxarkən həmin dövrdə insanların nə dərəcədə səmimi və sərbəst danışdıqlarının şahidi oluruq.

Bir zamanlar vətəndaşlar doğma dilimizin saflığını qoruyub saxlayırdılar, hazırda isə canlı ünsiyyətdən çəkinir, hətta ana dilimizdə danışa bilmirlər.

Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.

Onların çoxu səbəbi texnologiyanın inkişafı ilə insanların vaxtlarının çox hissəsini sosial mediada keçirməsində görüblər.

"Əvvəllər insanlar çox oxuyurdular, hər şeylə maraqlanırdılar. İndi ancaq internetə girməklə kifayətlənirlər", - deyə sakin söyləyib.

Psixoloq Gülər Məmmədovanın sözlərinə görə isə insanlar "natamamlıq kompleksi"ndən əziyyət çəkdikləri üçün sözügedən problemlə üzləşirlər:

"Onlara elə gəlir ki, fikirlərini söyləsələr, yanlış anlaşılarlar. İnsanların bir qismi isə qarşı tərəfin natiqlik qabiliyyətini görüb, onlar kimi danışa bilməyəcəkləri üçün ünsiyyətə girməkdən çəkinirlər".

Ətraflı süjetdə:

07.08.2024 01:39
819