İngiltərə Mərkəzi Bankı son 4 ildə ilk dəfə olaraq baza faiz dərəcəsini azaldıb.
Musavat.com bankın saytında açıqlanan məlumata istinadən xəbər verir ki, bu gün keçirilən iclasda tənzimləyici baza faiz dərəcəsini 25 baza bəndi azaldaraq illik 5 faiz həddində müəyyənləşdirib.
Qərar analitiklərin konsensus proqnozları ilə üst-üstə düşür, bazar iştirakçıları isə görüşdən əvvəl belə bir qərarın mümkünlüyünü təxminən 60 faiz qiymətləndirmişdilər.
Məlumatdan aydın olur ki, Pul Siyasəti Komitəsinin (MPK) 9 üzvündən beşi uçot dərəcəsinin endirilməsinə, dördü isə eyni səviyyədə saxlanmasının lehinə səs verib.
Britaniya Mərkəzi Bankının rəhbərliyi may və iyun aylarında inflyasiyanın 2 faizlik hədəf səviyyəsinə qədər yavaşladığını qeyd edərək, enerji qiymətlərinin aşağı müqayisəli bazası fonunda ilin ikinci yarısında onun 2,75 faizə qədər artacağını gözlədiyini qeyd edib.
Tənzimləyici qeyd edib ki, mart-may aylarında əmək haqqı artımı 5,6 faizə qədər zəifləyib, iyunda xidmət sektorunda inflyasiya 5,7 faizə düşüb, habelə məhdudlaşdırıcı pul siyasətinin davam etməsinə baxmayaraq , Britaniya ÜDM-in artımı sürətlənib.
İngiltərə Bankının növbəti iclası sentyabrın 19-da baş tutacaq
Musavat.com