Avqust ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan ölkələrdə istehlak qiymətləri illik ifadədə 6,4 faiz artıb.
Musavat.com xəbər verir ki, təşkilatın yaydığı məlumata görə, bu, iyulda qeydə alınan 5,9 faizlik inflyasiyanın 5 faiz bəndi sürətlənməsi deməkdir və ardıcıl ikinci aydır ki, qeydə alınıb.
Bildirilir ki, inflyasiyanı sürətləndirən əsasən Türkiyədə qiymətlərin kəskin bahalaşmasıdır. 38 OECD ölkəsindən 14-də inflyasiya sürətlənib, o cümlədən doqquz ölkədə 50 baza bəndi və ya daha yüksək artım qeydə alınıb.
OECD ölkələrində enerji qiymətləri əvvəlki ayda 7,5 faiz azaldıqdan sonra avqustda 1,4 faiz daha azalıb. Ərzaq qiymətləri isə 9,2 faiz bahalaşdıqdan sonra 8,8 faiz də artıb.
Ərzaq və enerji xərcləri nəzərə alınmadan istehlak qiymətləri (baza inflyasiya) ötən ayda 6,8 faiz, iyulda isə 6,7 faiz artıb.
G7 ölkələrində inflyasiya 3,9 faizdən 4,2 faizə, G20 ölkələrində 5,8 faizdən 6,3 faizə yüksəlib.
Avrozonada qiymət artımı (HICP indeksi) avqust ayında bir ay əvvəlki 5,3 faizdən 5,2 faizə qədər azalıb. Ərzaq və enerji resurslarının qiymətləri nəzərə alınmadan göstəricinin artım tempi 5,5 faizdən 5,3 faizə düşüb.
Musavat.com