İndoneziyada 5,6 maqnitudada zəlzələ baş verib

İndoneziyada 5,6 maqnitudada zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 62,2 min nəfər əhalisi olan Abepura şəhərindən 162 km cənub-qərbdə, mənbə 49 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

03.07.2023 08:12
324