“İndi kasıb ət yeməsin?” - Bakı sakinlərindən ətin kəskin bahalaşmasına REAKSİYA

Son günlər Azərbaycanda ətin qiymətində kəskim artım müşahidə olunur. Belə ki, əvvəl 1 kq mal əti 15-16 manat idisə, indi bu qiymət 19-20 manatdır. Quzu ətinin isə qiyməti 21 manata satılır. Ekspertlər ətin qiymətinin bu qədər bahalaşmasını müxtəlif amillər ilə əlaqləndirir.

Bəs vətəndaşlarmız ət almaqda çətinlik çəkirlərmi? Ətin qiymətinin bahalaşması onların büdcəsinə nə qədər təsir göstərib?

TV Musavat-ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

13.09.2024 18:50
504