İmtahan nəticəsinə görə ölən abituriyent bu müğənninin QOHUMUDUR - FOTO

İmtahandan keçə bilmədiyinə görə həyatına qəsd edən abituriyent müğənni Tacir Şahmalıoğlunun qohumudur.

Bu barədə Qaynarinfo-ya sənətçinin özü məlumat verib.

Müğənni abituriyentin qardaşının qaynı oğlu olduğunu vurğulayıb:

"Dünəndən yasdayıq. Allah kiməsə göstərməsin, ağır dərddir. 17 yaşında, boy-buxunlu övlad, heyif belə bir uşaqdan. Gələn il qəbul olardı, nə olacaqdı ki?"

Qeyd edək ki, Bakının Günəşli qəsəbəsində imtahandan keçə bilməyən şagird bu addımı atıb.

03.06.2024 20:44
2605