Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xanın həbs müddətini 14 gün uzadıb.
Musavat.com xarici mediaya istinadən xəbər verir dövlət sirrini yaymaqda ittiham olunan keçmiş baş nazirin həbs müddətinin sentyabrın 13-dək uzadılması qərara alınıb.
Xanın vəkili Salman Səfdar hökmdən sonra “İttihamlardan bir daha apellyasiya şikayəti verdik və işə kamera qarşısında deyil, açıq məhkəmədə baxılmasını tələb etdik” – deyə açıqlama verib.
Qeyd edək ki, İmran Xan Pakistanın Vaşinqtondakı səfirinin göndərdiyi məxfi teleqramın məzmununu ictimailəşdirməkdə və ondan siyasi məqsədlər üçün istifadə etməkdə ittiham olunur.
Musavat.com