Pakistanın Ali Məhkəməsi "Rəsmi sirlər haqqında" qanunu pozmaqda ittiham edilərək həbsdə olan keçmiş baş nazir İmran Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qüreşinin zaminə buraxılmasını təsdiqləyib.
Musavat.com axar.az-a istinadən xəbər verir ki, bu barədə "Daun" nəşri məlumat yayıb.
Məlumata görə, məhkəmə keçmiş nazirləri 1 milyon Pakistan rupisi qarşılığında azadlığa buraxıb.
Qeyd edək ki, noyabr ayında Pakistanın Ədalət Hərəkatı Partiyası Ali Məhkəməyə müraciət edərək, Xan və Qüreşinin zaminə buraxılmasını istəyib.