İmişlidə teplovoz yanıb

İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus teplovozun mühərrik hissəsi yanıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Teplovozun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

14.07.2022 19:39
464