Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev özünüməşğulluq proqramı çərçivəsində İmişli rayon sakinləri Cavadzadə Toğrul Sahib oğlu və Qarayev İlham Rəşad oğlu üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.
Musavat.com xəbər verir ki, T.Cavadzadə poliqrafiya, İ.Qarayev isə avtomobil şinlərinin bərpası və təmiri xidməti üzrə aktivlərlə təmin olunaraq kiçik təsərrüfatlarını yaradıblar.
Onlar işsiz şəxslərin kiçik bizneslərini qurmaları üçün göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Verilmiş aktivlərdən düzgün istifadə edərək kiçik bizneslərini inkişaf etdirməyə çalışdıqlarını bildiriblər.
Qeyd edək ki, ötən il ölkəmizdə daha 17,4 min, o cümlədən İmişli rayonunda 245 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunaraq kiçik təsərrüfatlarını qurmaları üçün mal və materiallar formasında aktivlərlə təmin ediliblər.