İmişlidə həyat yoldaşını bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, o, 39 yaşlı Quliyev Xanoğlan Yadigar oğludur.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli şəhərində qeydə alınıb.
Ailə münaqişəsi zəminində əri tərəfindən bıçaqlanan İmişli şəhər sakini, 1981-ci il təvəllüdlü Abdullayeva Günel Mirayaz qızı ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.