İmişlidə 24 yaşlı gənci xalası oğlu bıçaqlayıb

İmişli sakini bıçaqlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə radələrində İmişli şəhərində baş verib.

İmişli şəhər sakini, 1998-ci il təvəllüdlü Hətəmov Asəf Adil oğlu münaqişə zəminində xalası oğlu tərəfindən bıçaqlanıb.

Yaralı Şirvan xəstəxanasında əməliyyat olunub və reanimasiya palatasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

20.10.2022 09:15
597