İmamoğlunun həbs müddəti UZADILDI

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində aralarında bələdiyyə başqanı Əkrəm İmamoğlunun da olduğu 13 nəfərin həbs müddəti uzadılıb.

Musavat.com xəbər verir ki, İstanbul məhkəməsində keçirilən aylıq nəzarət iclasında hakimlər heyəti həbslərin davam etməsinə qərar verib. Qərarda, istintaqı zəruri edən şübhələrin hələ də qüvvədə olduğu qeyd edilib.

Qeyd edək ki, adıçəkilən şəxslərə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və maliyyə pozuntuları ilə bağlı araşdırmalar aparılır.

İstintaq prosesi davam etdirilir.

Musavat.com

17.05.2025 00:33
533