İmamoğlu işində GİZLİ ŞAHİDLƏR kimdir... - SENSASİON DETALLAR

Xəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu "korrupsiya" ittihamı ilə həbs olunub və Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.

Müxalifət, xüsusən də CHP, bu qərarı hökumətin məsuliyyəti olaraq təqdim edib və bunun "siyasi" olduğunu iddia edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə prokurorluğa məlumat verənlərin CHP üzvləri olduğunu bildirib: "Sui-istifadə edən də, rüşvət alan da, etiraf edən də CHP-lidir. Amma günahkar AKP-dir".

Musavat.com "Haber7.com"a istinadən xəbər verir ki, bu hadisələrin fonunda jurnalist Fatma Sibel Gürcihandan diqqət çəkən bir iddia gəlib.

GİZLİ ŞAHİDLƏR İMAMOĞLU VƏ KILIÇDAROĞLUNA ƏN YAXIN ŞƏXSLƏRDİR

Jurnalist Fatma Sibel Gürcihan İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan terror və korrupsiya istintaqında gizli şahidlərin, həbs olunan Əkrəm İmamoğlunun sağ əli Murat Ongun və CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğluna çox yaxın şəxslər olduğunu açıqlayıb.

Adları cinayət sayıldığı üçün hələlik açıqlaya bilməyən Gürcihan deyib: "Hamısı CHP-lidir, hamısı İstanbul Böyükşəhər Bələdiyyəsi ilə illərlə işləyib və pul qazanıblar".

Gürcihan paylaşımında bunları qeyd edib:

  • Gizli Şahid 1: Murat Onguna yaxın birisi

  • Gizli Şahid 2: "Pul qüllələri" hadisəsinə qarışan biri

  • Gizli Şahid 3: Kamal Kılıçdaroğlunun çevrəsindən biri

  • Gizli Şahid 4: Yenə Kılıçdaroğluna yaxın biri, lakin CHP rəhbərliyindən sonra CHP ilə qarşıdurmaya düşmüş biri.

Musavat.com

01.04.2025 14:05
898