İmamoğlu ilə bağlı məhkəmə qərarı

Türkiyənin gündəmində səs-küy yaradan məhkəmə prosesi ilə bağlı yeni qərar qəbul olunub.

Musavat.com xəbər verir ki, bu gün İstanbul Böyükşəhər bələdiyyə sədri və prezidentliyə namizəd Əkrəm İmamoğlunun həbs məsələsi üzrə aylıq iclas keçirilib.

Məhkəmədə İmamoğlunun vəkilləri iştirakdan imtina edərək iclasa qatılmayıblar. İclas yalnız vəkillər kollegiyası tərəfindən təyin olunmuş vəkilin iştirakı ilə davam etdirilib.

Nəticədə, məhkəmə İmamoğlunun həbsdə qalması barədə qərar çıxarıb. Bundan başqa, Buğra Gökçə, Gürkan Akgün və digər ittiham olunan şəxslərin də azadlığa buraxılmaması qərara alınıb.

 

Musavat.com

05.09.2025 00:23
8967