İlqar Mikayıloğlunun verilişində qalmaqal - Müğənni studiyadan getdi

İlqar Mikayıloğlunun aparıcısı olduğu "Günə bax" verilişində mübahisə düşüb. 

Proqram zamanı müğənni Vüqar Muradovla bağlı süjet təqdim edilib.

Süjetdə Vüqarın atası haqda dediyi "Atam kimi ata olmayacağam. Əgər onun kimi ata olacağamsa, atalıq mənə qismət olmasın" sözləri təqdim olunub. 

Bu görüntüyə əsəbiləşən Vüqar "Atam dünyasını dəyişib. Bu, lazım deyildi. Ucuz bir şeydir, nahaq eləmisiniz. Belə iyrənc mövzular mənlik deyil" deyərək, studiyanı tərk edib. (Axşam.az)

18.09.2024 13:20
10816