İlon Maskla bağlı ŞOK - Dövlət çevrilişinə cəhddə İTTİHAM OLUNUR

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask 2024-cü il iyulun 28-də keçirilən prezident seçkilərindən sonra Venesuelada çevriliş cəhdini maliyyələşdirmək üçün ən azı 1 milyard dollar xərcləyib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro "Venezolana de Television" telekanalında deyib.

Venesuela liderinin sözlərinə görə, ayrılan vəsaiti müxalifət liderlərindən biri Mariya Korina Maçado bölüşdürüb. O, terror qruplarının maliyyələşdirilməsi ilə məşğul olub.

Maduro çevriliş planının iflasa uğradığını bildirib.

Musavat.com

15.10.2024 11:45
498