İlon Maskın ABŞ-ın prezidenti seçilmiş Donald Trampın administrasiyasında yüksək vəzifə alması gözlənilmir.
Musavat.com xəbər verir ki, bu barədə CNN-də məlumat dərc edilib.
Qeyd edilir ki, Mask əvvəllər xərclərin azaldılması üçün təsirli mexanizmlərin işlənib hazırlanması komissiyasına rəhbərlik etmək üçün təklif alıb. Lakin onun öz şirkətlərindəki mövqeyi ilə yaranan potensial maraq toqquşması səbəbindən bu təklifi qəbul etməyəcəyi ehtimal olunur. Bunun əvəzinə, o, Trampın məsləhət komitəsinə təyin oluna bilər. Maskın Tramp ilə yaxın əlaqəsi şəxsi görüşlər və kadr qərarlarında iştirakı ilə də təsdiqlənir.
Afaq,
Musavat.com