“SpaceX” şirkəti beş il ərzində insanları Aya, yeddi-doqquz il ərzində isə Marsa çatdıra biləcək.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask aprelin 8-də Nikolay Tangenlə müsahibəsində bildirib.
Amerikalı milyarderin sözlərinə görə, 5 il ərzində Marsa eniş edəcək ilk “Starship”də insan olmayacaq.
"Düşünürəm ki, beş il ərzində insanları Aya çatdıracağıq. Marsda isə ilk insanlar yeddi-doqquz il ərzində olacaq", - o deyib.
Maskın fikrincə, iki planetdə olmağı mənimsəyən bəşəriyyət gələcəkdə başqalarına çata biləcək və bununla da sağ qalmaq şansı daha yüksək olacaq.
Musavat.com