İlon Maska görə ABŞ-ı Bayden idarə etmir

Amerikalı ixtiraçı milyarder İlon Mask ölkəsinə hələ də Co Baydenin rəhbərlik etdiyinə inanmır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, özünə məxsus olan “X” sosial şəbəkəsindəki hesabında yazıb.

"Arada texniki cəhətdən Baydenin hələ də ölkəni idarə etdiyini unuduram",-deyə Mask bildirib.

Qeyd edək ki, İlon Mask noybarda keçiriləcək seçkilərdə açıq şəkildə Donald Trampı dəstəkləyir, həmçinin Ağ Evin hazırkı sahibinin fəaliyyətini mütəmadi olaraq tənqid edir.

Musavat.com

09.09.2024 12:41
481