İlon Mask “Twitter”dən sonra indi də oğlunun adını dəyişdirdi - FOTO

Bu günlərdə Twitter-in adını dəyişib, klassik “quş” loqosunu “X” hərfi ilə əvəz edən İlon Mask növbəti bir dəyişiklik xəbəri ilə gündəm olub.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, İlon Mask Kaliforniya qanunlarına uyğun olaraq oğlunun adını dəyişməli olub.

“Twitter”də bununla bağlı paylaşım edib və oğlunun adının X Æ A-12 Mask olduğunu açıqlayan İlon Mask adın Kaliforniya qanunlarına uyğun olmaması səbəbilə körpənin sənəddəki adının “X”, atasının adının “AE A-XII”, soyadının isə “Mask” olduğu bildirib.

Musavat.com

26.07.2023 23:31
1157