"Tezliklə biz Twitter brendi ilə və tədricən bütün "quşlarla" vidalaşacağıq".
Musavat.com bildirir ki, bunu amerikalı biznesmen və Twitter sosial şəbəkəsinin sahibi İlon Mask açıqlayıb.
O həmçinin adıçəkilən sosial platformanın loqosunun tezliklə dəyişdiriləcəyini açıqlayaraq, Twitter üçün mümkün gələcək dizaynı da dərc edib. Bu, qara fonda X işarəsidir.
Lakin rebrendinqin son variantı hələ razılaşdırılmayıb. İlon Mask “əgər bu axşam kifayət qədər yaxşı "X" loqosu ərsəyə gələrsə, sabahdan həmin loqo istifadəyə veriləcək",-deyə əlavə edib.
Xalidə Gəray
Musavat.com