İlon Mask tarixdə inanılmaz olanı etdi - Raket avtobus səviyyəsinə çatıb

İlon Maska məxsus "SpaceX" kosmik şirkəti Aya və Marsa insanlı missiyalar üçün nəzərdə tutulmuş dünyanın ən böyük raketinin birinci mərhələsini buraxılış kompleksinə qaytarmağa nail olub.

Uğurlu uçuşdan sonra "Super Heavy" daşıyıcı raketi tarixində ilk dəfə Texasdakı buraxılış meydançasına enib.

İdarə olunan "Starship" kosmik gəmisi orbitə uğurla daxil olub. Sınaq planına əsasən, o, sonradan orbitdən çıxarılaraq Hind okeanında batırılacaq.

osman.jpg (66 KB)

Musavat.com xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz öz sosial media hesabında bunu inanılmaz uğur adlandırıb:

"Kosmosa yük daşıyan raketlər müntəzəm reyslərdə işləyən təyyarələr səviyyəsinə çatıb. İlon Mask daha bir inanılmaz olanı reallaşdırıb. "Starship" gəmisini kosmosa qaldıran "Super Heavy" daşıyıcı raketi tarixdə ilk dəfə olaraq geriyə, qabaqcadan müəyyən olunan yerə, öz start nöqtəsinə qayıdıb. Yəni 70 km hündürlükdə olan nəhəng bir raket idarə olunan vəziyyətdə öz ilkin çıxış nöqtəsinə - "SpaseX" şirkətinin start platformasına qayıdıb.

Bunun anlaşıqlı mənası ondan ibarətdir ki, start nöqtəsinə qayıdan həmin raket dərhal yanacaq dolduraraq, cəmi bir neçə saata kosmosa növbəti yükü qaldırmağa hazırdır.

Beləliklə də kosmosa hansısa yükü qaldıran raket artıq hansısa marşrutda, reysdə işləyən təyyarə, yaxud avtobus funksionallığına gəlib çatıb".

Osman Gündüz xatırladıb ki, hələlik bu proses test mərhələsindədir və
ABŞ-nin müvafiq qurumlarının icazəsindən sonra kosmosa müntəzəm reyslər hazır olacaq.

Xalidə Gəray
Musavat.com

14.10.2024 16:00
1329