İlon Mask sevgilisini PUA ilə izlətdirib

Dünyanın ən zəngin insanlarından biri olan İlon Mask haqqında yeni və təəccüblü iddialar irəli sürülüb.

Britaniyanın “Daily Mail” qəzetinə görə, Maskın tənqidçilərinin və keçmiş sevgilisi Amber Heardın arxasınca xüsusi detektivlərin gəldiyi iddia edilib.

İddialara görə, Mask "düşmənləri" haqqında məlumat toplamaq və onlara təzyiq göstərmək üçün müxtəlif müşahidə üsullarından istifadə edib. Bu üsullara infraqırmızı kameralar və pilotsuz uçuş aparatları (PUA) daxildir.

İddia olunur ki, 2017-ci ildə keçmiş sevgilisi Heard ilə münasibəti zamanı Mask Avstraliyanın özəl detektiv agentliyi ilə əlaqə saxlayıb və aktrisa sevgilisini izləməyə məcbur edib. Bu izləmə zamanı yüksək inkişaf etmiş texnologiyalardan istifadə edildiyi bildirilir. Maskın sevgilisini izlətdirməsinin səbəbi isə ona xəyanət etməsindən şübhələnməsi olub.

Bu iddialar Maskın bir müddət əvvəl ABŞ seçkilərində Donald Trampı dəstəkləməsi ilə gündəmə gəlməsindən sonra ortaya çıxıb. Mask və ya onun nümayəndələrindən hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.//Lent.az

19.10.2024 09:07
371