ABŞ-ın ən varlı adamı və “Tesla”nın səhmlərinin sahibi İlon Mask ikiqapılı robotaksi və 20 yerlik robot furqonun prototiplərini nümayiş etdirib.
Musavat.com Bloomberg-ə istinadla xəbər verir ki, təqdimat yerli vaxtla cümə axşamı axşam saatlarında Kaliforniyada, “Uorner Bros” kinostudiyasında baş tutub. Mask “Tesla Inc”in Cybercab adlanan ikiqapılı robotaksislərindən birində səhnəyə çıxıb. O, istehsalın 2026-cı ildə başlaya biləcəyini və avtomobilin qiymətinin 30 min dolları ötməyəcəyini bildirib.
Baş direktorun sözlərinə görə, Cybercab süni intellektə və kameralara arxalanacaq. Bu, sürücünün tam avtonom olmasını, sürücü üçün bir sıra yardım funksiyaları təmin edəcək.
Mask həmçinin 20 nəfərə qədər sərnişin daşıya bilən “Robovan” adlı daha böyük özü idarə olunan avtomobili və “Tesla”nın insanabənzər “Optimus” robotunu nümayiş etdirib. Bu robot paketləri çatdırmaq, çiçəklər sulamaq və içkilər süzmək kimi qabiliyyətlərə malikdir.
Maskın planı sərnişinlərin bir proqram vasitəsilə qəbul edə biləcəyi sürücüsüz “Tesla” taksilərindən ibarət donanma idarə etməkdir. Ayrı-ayrı “Tesla” sahibləri də öz avtomobillərini robotaksi kimi siyahıya salmaqla proqramda pul qazana biləcəklər.
Musavat.com